
Gündəm
16-09-2024, 23:10
227
Arzu Fərəcovanın “Zamana sığmayan ömür (hər birimiz üçün “Bizim Mehriban”)” kitabının təqdimatını keçirdi.
ONDERTV.ORG
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası Yasamal rayon Heydər Əliyev Mərkəzi ilə birgə xeyriyyəçi Arzu Fərəcovanın “Zamana sığmayan ömür (hər birimiz üçün “Bizim Mehriban”)” kitabının təqdimatını keçirdi.Tədbirin əvvəlində tarixi Zəfər sevincini bizə bəxş edən, Vətən uğrunda canlarından keçən igid şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Tədbiri giriş sözü ilə tarix üzrə fəlsəfə doktoru, Fəxri mədəniyyət işçisi, Yasamal rayon MKS-nin direktoru Lətifə Məmmədova açaraq, tədbir iştirakçılarını salamladı. O çıxışında qeyd etdi ki, xeyriyyəçi Arzu Fərəcovanın müəllifi və Dilarə Ağamusa Nağıyevanın elmi redaktoru olduğu “Zamana sığmayan ömür (hər birimiz üçün “Bizim Mehriban”)” kitabı Azərbaycanın birinci xanımı, Azərbaycanın Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın 60 illik yubileyinə həsr olunub. 85 bölmədən ibarət olan kitab Mehriban xanımın Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi naminə çoxşaxəli fəaliyyətini əks etdirir. Kitabın müəllifi xeyriyyəçi Arzu Fərəcova şəhid və qazi ailələrini daim diqqətdə saxlayır. O, müəllifin cəsarətli olduğunu da vurğuladı. Tədbirdə Azərbaycanın birinci xanımı, Azərbaycanın Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın 60 illik yubileyinə həsr olunmuş və “Zamana sığmayan ömür (hər birimiz üçün “Bizim Mehriban”)” kitabı haqqında videoçarxlar nümayiş olundu.
Videoçarxlara aşağıdakı linklərə keçid edərək baxmaq olar:
https://youtu.be/a8m9kISSyWw?si=y9bIBErfnNtiNqzL
https://youtu.be/_9DD_Y6NLgc?si=T-gafpCrWOMI5LQf
https://youtu.be/pGDRrw-RzkY?si=nkqWOPZDDbRMkO39
#yasamalmks #kitabxana #mehribaneliyeva
https://www.instagram.com/p/C_-mKU5og8j/?igsh=MWl2aTV5ZXk1dXQ3bg==




