Azərbaycan tarixinin zəfər salnaməsi  15 iyun    - Milli Qurtuluş Günüdür
15-06-2025, 23:00
148

Azərbaycan tarixinin zəfər salnaməsi 15 iyun - Milli Qurtuluş Günüdür

ONDERTV.ORG


Azərbaycanın ən yeni tarixində xalqımız tərəfindən qeyd olunan mühüm günlərdən biri 15 İyun Milli Qurtuluş Günüdür. Bu gün ən yeni tariximizə Azərbaycanın xilası günü kimi daxil olub. Bu tarix yaddaşlarda Azərbaycanın dağılmaq təhlükəsi ilə üzbəüz qaldığı, xalqının təkidi və tələbi ilə hakimiyyətə qayıdan böyük Heydər Əliyevin ölkənin, millətin qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürməsi, uzun illər davam edən gərginliyin, qarşıdurmaların aradan qaldırılması, respublikamızın vətəndaş müharibəsindən, parçalanmadan xilas edilməsi kimi taleyüklü tarixi  hadisələrlə qalıb.  Mürəkkəb siyasi şəraitdə Heydər Əliyevin böyük potensialı Azərbaycanın müstəqilliyinin qarantına çevrildi. Ümummilli liderin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycanda vətəndaş qarşıdurmasına birdəfəlik son qoyuldu, ölkəmiz xaosdan, siyasi çəkişmələrdən, sosial-iqtisadi böhrandan xilas oldu. Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı. Respublikanın qarşısında duran problemlər mərhələlərlə həll olundu, əmin-amanlıq, siyasi sabitlik yarandı. İctimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatda əsaslı dönüş başlandı, xalqımızın bütövlüyü, həmrəyliyi, milli birliyi təmin edildi, Azərbaycanın dünya birliyinə inteqrasiyası başlandı. Bu gün hər kəs, istər müstəqil Azərbaycanın vətəndaşları, istərsə də bütün dünyada yaşayan azərbaycanlılar yaxşı bilir ki, Heydər Əliyev şəxsiyyəti müasir Azərbaycanın dövlətçilik tarixində ən parlaq simadır. Azərbaycan xalqının qəlbində əbədiyaşar yerə sahib, hələ sağlığında Ümummilli Lider statusunu qazanan, Ulu Öndər kimi milyonların sevimlisi olan Heydər Əliyev müasir Azərbaycan dövlətinin xilaskarı, memarı və qurucusu kimi tarixə düşüb. Bəli, hər kəsin bildiyi və qəbul etdiyi, bəzilərinin istəməsə belə qəbul etməyə məcbur olduğu yenilməz bir həqiqət var ki, bu, ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının xilaskarı, onun müəyyən etdiyi ideoloji xəttin müasir dövlətimizin parlaq gələcəyinin təminatçısı olmasıdır. Azərbaycan tarixində silinməz izlər qoymuş dahi şəxsiyyətin biz azərbaycanlılara bəxş etdiyi saysız-hesabsız tarixi günlər vardır ki, xalqımız bu gün həmin tarixləri əsl bayram kimi qeyd edərək dahi şəxsiyyəti böyük hörmət və ehtiramla anır.
Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olan 1993-cü ilin 15 iyunundan 32 il ötür. Bu o tarixdir ki, həmin gün dövlətçiliyimiz yox olmaq təhlükəsindən xilas edilməsi üçün əsaslı sütunlar yarandı. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu.
Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişini şərtləndirən səbəblərə nəzər yetirsək görərik ki, Ümummilli Liderin 15 iyun 1993-cü ildə hakimiyyətə qayıdışı ilə dövlətimizin müstəqilliyinin qorunub saxlanılması bərqərar oldu. 1993-cü il iyunun 15-də Heydər Əliyev Ali Sovetin sədri seçildi. Bu gün tarixə “Milli Qurtuluş günü” kimi daxil oldu. Ermənistan ilə müharibə vəziyyətində olan Azərbaycan üçün ikinci cəbhə açaraq onu parçalayıb məhv etmək istəyən qüvvələrin təhriki ilə törədilən vətəndaş müharibəsinin, separatçılığın qarşısı alındı. Həmçinin zorakı yola hakimiyyəti dəyişmək ənənəsinə də son qoyuldu. Azərbaycan dövlətçiliyini və müstəqilliyini qoruyub saxlamaq mümkün oldu.  15 iyun tarixi Azərbaycan Respublikasında yeni bir mərhələnin başlanğıcı hesab edilir. Güclü mübarizə, əzm, iradə və dözümlülük naminə əldə edilmiş bu gün Azərbaycan tarixinin qurtuluş salnaməsi sayılır. Milli Məclisdə millət vəkilləri 15 iyun tarixinin təqvimə Azərbaycanın Qurtuluş günü kimi salınması təklifi ilə çıxış etdilər və Məclis bu təklifi bəyəndi. O vaxtdan ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Milli Qurtuluş günü kimi qeyd edilir. Bu tarixi hadisədən sonra – 15 iyun Azərbaycanın Milli Qurtuluş Günü oldu. Azərbaycan Respublikasının əlamətdar günlərindən biri olan Qurtuluş Günü 1997-ci ilin 15 iyunundan rəsmi olaraq bayram elan edilib. 1997-ci ildən qeydolunan bayrama 1998-ci ildən dövlət statusu verilib.Müdrik və uzaqgörən siyasətçi olan ümumilli liderHeydər Əliyev Ali Sovetin Sədri seçildikdən sonrademək olar ki, parlament idarəçiliyinə yeni nəfəs gəldi. Milli Məclisdəki diskussiyalar əvvəlki kimi deyil dahasivil formada keçirilməyə başladı. Məclisin iclasları və digər tədbirlər televiziya ekranlarından birbaşayayımlanmağa başladı. Bir sözlə, demokratik dəyərlərvə idarəçilik sistemi yüksək səviyyəyə qaldırıldı. 
Hər il ölkədə rəsmi bayram kimi qeyd olunan – 15 İyun Qurtuluş Günü  vətəndaş olaraq hamı üçün xüsusibir əhəmiyyətə malikdir.                                                                                 
Tarixə Milli Qurtuluş Günü  kimi yazılan 15 iyundan başlanan yol  2020-ci ildə xalqımıza Parlaq Zəfəri ilə tarixə yazıldı.  Düşünülmüş və məqsədyönlü siyasət nəticəsində Azərbaycana möhtəşəm uğurlar qazandıran ulu öndər Heydər Əliyevin söylədiyi «Azərbaycan dünyaya günəş kimi doğacaq» tezisi reallıqda öz əksini tapdı. Azərbaycanın müstəqilliyinin daimiliyi və əbədiliyi təmin edildi. Azərbaycanın dünyaya səs salan bugünkü iqtisadi inkişafının, dünya birliyində söz sahibliyinin, qalib ölkə kimi nüfuz qazanmasının təməlində məhz Ulu Öndərin 1993-cü ildə yenidən hakimiyyətə qayıdışı dayanır. Azərbaycanın müstəqilliyini əbədi, dönməz, sarsılmaz edən Ümummilli Lider 2003-cü ildə xalqa müraciət edərək sona çatdıra bilmədiyi işləri, layihələri  özü qədər inandığı cənab İlham Əliyevin tamamlayacağını bəyan etməklə Azərbaycanın gələcəyi üçün növbəti inamın və etimadın ünvanını göstərdi. Cənab İlham Əliyev 2003-cü ildə xalqın böyük əksəriyyətinin dəstəyini qazanaraq Prezident seçildiyi vaxtdan  iqtisadiyyatın, xüsusilə qeyri-neft sektorunun inkişafını  diqqətdə  saxlayır. İqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını vacib amil kimi önə çəkərək, bu istiqamətdə biri-birindən əhəmiyyətli addımlar atır.
Prezident İlham Əliyevin Ulu Öndərin siyasi kursunu uğurla davam etdirməsi və zənginləşdirməsi sayəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib. Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər də bu uğurların məntiqi nəticəsidir. Prezident, Müzəffər Ali Baş Komandan azad edilmiş torpaqlarda infrastruktur layihələrinin təməlini qoyur, Şuşada Novruz tonqalı alovlandırır, Böyük Qayıdışın reallaşdırılması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirir. Xalqımız əmindir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə daha uca zirvələr fəth ediləcək, düşmənin yerlə-yeksan etdiyi Qarabağ dünyanın ən gözəl guşələrindən birinə çevriləcək. Xalqımızın və müstəqil dövlətimizin xilasının başlanğıcı olan 15 İyun - Milli Qurtuluş Günü hər il respublikamızda geniş qeyd olunur. Məhz həmin gündə ümummilli lider Heydər Əliyev xalqın çağırışı ilə ölkə rəhbərliyinə qayıdaraq misilsiz fədakarlıqla milli dövlətçiliyimizi məhv olmaqdan xilas edib, müstəqilliyimizin dönməzliyini və ölkəmizin gələcək inkişafını təmin edib. 30 ilə yaxın müddətdə yurd həsrəti ilə yaşayan xalqımız üçün bundan böyük xoşbəxtlik ola bilməz. Artıq çağdaş dünya tarixinə ən mükəmməl hərbi əməliyyatlar dövrü kimi düşən 44 günlük İkinci Qarabağ savaşında qazandığımızmöhtəşəm Qələbə sayəsində 30 ilin torpaq həsrətinəson qoyulub, ərazi bütövlüyümüz bərpa olunub, dünyabir daha Azərbaycanın hansı imkanlara malik olduğunaşahidlik edib. Müqəddəs Vətən müharibəsindəAzərbaycan xalqı yenilməz, məğrur xalq olduğununümayiş etdirdi. Mənfur düşməndən təmizlənmişcənnət Qarabağımızda artıq yeni həyat başlayıb. 30 ilə yaxın torpaq həsrəti ilə yaşayan soydaşlarımız bu gün Böyük Qayıdışa şahidlik edirlər. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan, qalib ölkənin qalibLideri, Prezident İlham Əliyev işğaldan azad edilmişərazilərimizə davamlı səfərləri ilə bu torpağın sahibininAzərbaycan xalqı olduğunu bir daha təsdiqləyir.
Xalqımız artıq ikinci ildir ki, Milli Qurtuluş Gününü tamamilə fərqli ovqatda, qalib ölkənin qalib vətəndaşıolaraq qeyd edir. 30 ilə yaxın müddətdə yurd həsrəti ilə yaşayan xalqımız üçün bundan böyük xoşbəxtlik olabilməz. Artıq çağdaş dünya tarixinə ən mükəmməl hərbi əməliyyatlar dövrü kimi düşən 44 günlük İkinciQarabağ savaşında qazandığımız möhtəşəm Qələbə sayəsində 30 ilin torpaq həsrətinə son qoyulub, ərazibütövlüyümüz bərpa olunub, dünya bir dahaAzərbaycanın hansı imkanlara malik olduğuna şahidlikedib. 
Müqəddəs Vətən müharibəsində Azərbaycan xalqıyenilməz, məğrur xalq olduğunu nümayiş etdirdi. Mənfur düşməndən təmizlənmiş cənnət Qarabağımızdaartıq yeni həyat başlayıb. 30 ilə yaxın torpaq həsrəti ilə yaşayan soydaşlarımız bu gün Böyük Qayıdışa şahidlikedirlər. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan, qalib ölkənin qalib Lideri, Prezident İlhamƏliyev işğaldan azad edilmiş ərazilərimizə davamlısəfərləri ilə bu torpağın sahibinin Azərbaycan xalqıolduğunu bir daha təsdiqləyir.
Xalqımızın və müstəqil dövlətimizin xilasının başlanğıcı olan 15 İyun – Milli Qurtuluş Günü respublikamızda hər il geniş qeyd olunur. Məhz həmin gündə ümummilli lider Heydər Əliyev xalqın çağırışı ilə ölkə rəhbərliyinə qayıdaraq misilsiz fədakarlıqla milli dövlətçiliyimizi məhv olmaqdan xilas edib, müstəqilliyimizin dönməzliyini və ölkəmizin gələcək inkişafını təmin edib.  Ümummilli Liderin ölkə rəhbərliyinə qayıdışı ilə milli dövlətçiliyimizin inkişafının, Azərbaycanın hərtərəfli tərəqqisinin başlanıldığı gün oldu.  Ulu Öndərin müəyyən etdiyi xalqımızın firavan gələcəyinə hesablanmış uğurlu siyasi kurs ölkə Prezidenti İlham Əliyev tərəfindən yüksək səviyyədə, ardıcıl və dönmədən davam etdirilərək respublikamız gündən-günə çiçəklənir,  xalqımız bütün sahələrdə yüksək nailiyyətlər qazanır. 
 
 
 Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası.
"Hüquq"kafedrasının baş müəllimi,hüquq üzrə fəlsəfə doktoru Musayeva Ulduz Əliyar qızı

Oxşar xəbərlər