
Gündəm
Bu gün, 18:11
2
Moskva–Sankt-Peterburq hava əlaqəsində ciddi problemlər yaşanır
ONDERTV.ORG
Rusiyanın Moskva və Sankt-Peterburq şəhərləri arasında hava nəqliyyatı iflic vəziyyətinə düşüb.bu barədə Rusiya Turoperatorları Assosiasiyası (RTA) məlumat yayıb.
Bildirilib ki, günorta saatlarında yerinə yetirilməli olan 52 reysin 30-u ləğv olunub, 9-u isə gecikib. Məlumata görə, milli aviadaşıyıcı Moskvadan Sankt-Peterburqa sərnişinlərin daşınmasını geniş gövdəli təyyarələrlə həyata keçirməyi planlaşdırır.
Uçuşların gecikməsi və ləğvi səbəbindən yalnız iyulun 5-də təxminən 75 min sərnişinin səfər planları pozulub.