XEYRİYYƏÇİ İŞ XANIMI ARZU FƏRƏCOVANIN NÖVBƏTİ  XEYİRXAHLIĞI.
30-06-2023, 12:57
231

XEYRİYYƏÇİ İŞ XANIMI ARZU FƏRƏCOVANIN NÖVBƏTİ XEYİRXAHLIĞI.

ÖNDERTV.ORG


XEYRİYYƏÇİ İŞ XANIMI ARZU FƏRƏCOVANIN NÖVBƏTİ  XEYİRXAHLIĞI.
İslamın ən gözəl dəyərlərindən biri də paylaşmaqdır, mərhəmətdir, əl tutmaqdır. Bu ənənəni müqəddəs və gözəl Qurban bayramı günlərində daha çox görmək olar. 
29.06.2023cü il tarixində  Müsəlmanların mənəvi birlik rəmzi olan Müqəddəs Qurban bayramı münasibətilə 
"Ələddin MMC" icraçı direktoru, hüquqşünas, xeyriyyəçi iş xanımı Arzu Fərəcovanın təşkilatçılığı ilə Mərdəkanda "Vətən"-restoranında bayram tədbiri keçirilib.


Xoş məramlı missiyasına  həmişə olduğu kimi bu bayram da sadiq qalan Arzu xanımın təşəbbüsü ilə, İşğaldan azad olunan torpaqlarımız uğrunda canlarını fəda edən Şəhidlərimizin  ailələrinə  Qurbanlıq bayram sovqatı paylanılıb.


Qeyd edək ki, tədbirdə iştirak edən Şəhid ailələri Arzu xanımın onlara olan diqqət və göstərdiyi qayğıdan məmnun olduqlarını bildirmişlər. 

Vətənim Azerbaycandır.az informasiya portalının rəhbərliyi xeyriyyəçi iş xanımı Arzu Fərəcova başda olmaqla  Təşkilati dəstək üçün Mərdəkanda "Vətən"- restoranının rəhbərliyinə, ümumiyyətləbu xeyirxah tədbirdə iştirak etmiş və əməyi olan hər bir şəxsə təşəkkür edirik.
Bayramınız mübarək.
Vətənim Azerbaycandır.az icraçı direktor: Naile Muradova.

ÖNDERTV.ORG

Oxşar xəbərlər