AzərKənaf Xaçmaz rayonunda keçirilən növbəti Aqrar İnnovasiya Festivalında iştirak edib
20-03-2023, 07:25
163

AzərKənaf Xaçmaz rayonunda keçirilən növbəti Aqrar İnnovasiya Festivalında iştirak edib

ÖNDERTV.ORG

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə Xaçmaz rayonunda Olimpiya İdman Kompleksinin ərazisində növbəti Aqrar İnnovasiya Festivalı keçirilib. Festivalda Kənd Təsərrüfatı Nazirliyinin tabeli qurumları, ətraf bölgələrin fermerləri, elmi-tədqiqat institutları, mütəxəssislər, alimlər, aqrar sahədə fəaliyyət göstərən yerli və xarici şirkətlərin nümayəndələri, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, həmçinin Azərkənafın əməkdaşları da iştirak ediblər.

Festivalda kənd təsərrüfatı təyinatlı müxtəlif pilotsuz uçuş aparatları, innovativ suvarma texnologiyaları, alternativ enerji mənbələri, pambıq əkinində tətbiq olunan yeni texnologiyalar, müasir texnologiyalar əsasında əldə olunmuş əkin materialları, bitki mühafizə vasitələri, yeni üsullar ilə yetişdirilmiş meyvə və tərəvəz nümunələri, yüksək qidalılıq göstəricilərinə malik yem bitkiləri, eləcə də bitki toxumu nümunələrinin nümayişi həyata keçirilib.
Tədbirdə həmçinin, bölgəyə uyğun kənd təsərrüfatı sahələrinin inkişafı ilə bağlı aqrar sahədə ixtisaslaşmış iri şirkətlər öz uğurlu təcrübələrini, habelə təsərrüfatlarında tətbiq etdikləri innovativ texnologiyalar ilə bağlı məlumatları fermerlərlə bölüşüblər. İnnovasiya festivalında bölgənin prioritet kənd təsərrüfatı məhsulları və aqrar sahənin inkişaf etdirilməsinə hədəflənən prioritet istiqamətlər üzrə təlimlər keçirilib, maarifləndirmə işləri icra olunub.
Festivalda Azərbaycan brendi olan Azərkənaf da patentləşmiş məhsullarını tədbir iştirakçılarına təqdim edib. Dünyada bir ilk olan və 300 dən çox xəstəliyin müalicəsində istifadə olunan əkin kənafı çörəyi ictimaiyyət nümayəndələrinin və fermerlərin marağına səbəb olub. Festival iştirakçılarını maraqlandıran suallar Azərkənafın əməkdaşları tərəfindən ətraflı olaraq cavablandırılıb.
RƏŞAD RZA
ÖNDERTV.ORG

Oxşar xəbərlər