BMT nümayəndələri Ulu Öndərin 100 illiyinə xatirə olaraq Ağdamda ağac əkiblər
16-03-2023, 14:52
88

BMT nümayəndələri Ulu Öndərin 100 illiyinə xatirə olaraq Ağdamda ağac əkiblər

ÖNDERTV.ORG

Ağdam şəhərində keçirilən Azərbaycanla BMT arasında əməkdaşlığa həsr olunmuş görüş çərçivəsində, tədbir iştirakçıları Ağdam ərazisində xüsusi ayrılmış sahədə Ulu Öndər Heydər Əliyevin 100-cü ildönümü münasibətilə ağac əkiblər.
ÖNDERTV.ORG Trend-ə istinadən bildirir ki, tədbirdə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi xanım Vladanka Andreyeva, Azərbaycanın hökumət nümayəndələri, BMT sisteminin ölkəmizdə fəaliyyət göstərən müxtəlif agentliklərinin nümayəndələri iştirak ediblər.
Xatırladaq ki, Ağdamda Azərbaycan-BMT tərəfdaşlığı üzrə strateji məsləhətləşmələr keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı və Səhiyyə nazirliklərinin, Dövlət Şəhərsalma və Arxitektura, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət komitələrinin, Minatəmizləmə Agentliyinin rəhbərləri, Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələri, Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzində təmsil olunan Prezident Administrasiyasının əməkdaşları, habelə BMT agentliklərinin Azərbaycanda fəaliyyət göstərən ofislərinin rəhbər şəxsləri iştirak ediblər.


ÖNDERTV.ORG

Oxşar xəbərlər