Aygün Bəylərin vəfat xəbərinə nazirlikdən REAKSİYA - YENİLƏNİB + VİDEO
6-01-2024, 22:27
29

Aygün Bəylərin vəfat xəbərinə nazirlikdən REAKSİYA - YENİLƏNİB + VİDEO

ÖNDERTV.ORG



Azərbaycan Respublikasının Əməkdar artisti Aygün Hümmətova (Bəylər) haqqında yayılan ölüm xəbərləri həqiqəti əks etdirmir.
Bu barədə Mədəniyyət Nazirliyinin Media və Kommunikasiya şöbəsinin müdiri Aynur Kərimova məlumat verib.
“Saat 22:50-də Ankara-Bakı reysi ilə Vətənə gətiriləcək. Hazırda süni tənəffüs aparatına qoşulub”, - o deyib.

20:57
Azərbaycan Respublikasının Əməkdar artisti Aygün Hümmətova (Bəylər) vəfat edib.

ÖNDERTV.ORG əldə etdiyi məlumata görə, müğənni bu gün Türkiyənin paytaxtı Ankarada müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, Aygün Bəylər müalicə almaq üçün bir neçə gün əvvəl Ankaraya yollanmışdı.
Xatırladaq ki, Aygün Hümmətova 1975-ci ildə Bakıda anadan olub. İlkin musiqi təhsilini Səttar Bəhlulzadə adına mədəniyyət sarayının musiqi məktəbində nağara sinfi üzrə alıb. 1995-ci ildə Şövkət Ələkbərova adına ilk peşəkar musiqi kollektivini yaradaraq geniş konsert fəaliyyətinə başlayır – televiziya, radio, böyük dövlət təbirləri və eləcə də xaricdə Azərbaycan musiqi sənətini təmsil edir. 1998-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının xanəndəlik fakültəsinə daxil olub.
2002-ci ildə Azərbaycan Prezidenti Heydər Əliyevin sərəncamı ilə Əməkdar artist fəxri adına layiq görülüb.

Oxşar xəbərlər