Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı keçiriləcək
5-05-2023, 11:05
70

Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı keçiriləcək

ÖNDERTV.ORG
Mayın 9-11-də Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalı keçiriləcək.
ÖNDERTV.ORG Trend-ə istinadən xəbər verir ki, 3 gün davam edəcək festival çərçivəsində konsert proqramları, sərgilər və müxtəlif təqdimatlar olacaq.
Qeyd edək ki, Şuşa şəhəri 2023-cü ildə həm də Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən "Türk dünyasının mədəniyyət paytaxtı" elan edilib. Budəfəki "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalında da TÜRKSOY-a daxil olan ölkələr, regionun türkdilli ölkələri və xalqlarının yaradıcı kollektivləri iştirak edəcəklər.
Mayın 12-də isə "Şuşa-Türk dünyasının mədəniyyət paytaxtı 2023" tədbirinin rəsmi açılışı olacaq.





ÖNDERTV.ORG

Oxşar xəbərlər