Lütfiyar İmanovun anandan olmasının 95  illiyinə həsr olunmuş tədbir keçirilmişdir.
19-04-2023, 17:28
294

Lütfiyar İmanovun anandan olmasının 95 illiyinə həsr olunmuş tədbir keçirilmişdir.

ÖNDERTV.ORG
18  aprel  2023 il
Azərbaycanın xalq artisti, professor
Lütfiyar İmanovun anandan olmasının 95  illiyi.
Azərbaycanın xalq artisti professor, Lütfiyar İmanovun anandan olmasının 95 illiyi ilə bağlı,Azərbaycan Respublikası Mədəniyyət nazirliyinin C.Cabbarlı adına Respublika Gənclər kitabxanasının konfrans zalında  tədbir keçirilmişdir.
Azərbaycanın xalq artisti Lütfiyar İmanovla dostluğundan və onun sənət fəaliyyətindən danışan, “Dünya  Azərbaycanlıların  Həmrəyliyinə  Dəstək”  ictimai birliyinin  prezidenti  Tofiq  Əli-zadə  bildirdi ki, Lütfiyar İmanov , Azərbaycan  klassiq musiqi mədəniyyətinin  və vokal sənətinin inkişafında böyük xidməti olmuşdur. Lütfiyar İmanovun sənəti müxtəlif millətlərdən olan adamlar üçün yaxın və anlaşıqlı olmuşdu. Deyildi  ki, kecmiş SSRİ-nin və Azərbaycanın xalq artisti olmuş Lütfiyar İmanov, 2002-2008 ci illərdə Dünya  Azərbaycanlıların  Həmrəyliyinə  Dəstək”  ictimai birliyinin Aqsaqallar şurasının sədri olmuş və bu təşkilatın himninin müəllifidir. Tofiq Əli-zadə dedi ki, Lütfiyar İamanov səhnə fəaliyyəti dövründə "Karmen", "Faust", "Otello", "Trubador", "Aida", "Riqoletto" və s. klassik opera əsərlərində rollar oynayıb. Uzun müddət Bakı Musiqi Akademiyasında müəllim-professor kimi çalışmışdr. 1980-1990-cı illərdə iki dəfə Azərbaycan Ali Sovetinin deputatı olmuşdur.  Daha sonra Lütfiyar İmanovun ifasında Üzeyr Hacıbəylinin  Koröğlu oprerasından  video parcalar göstərildi.Daha sonra Lütfiyar İmanovun səhnə fəaliyyəti “Çarcı” jurnalının baş redaktoru Gülnarə Əmirquliyeva, cıxışı zamanı bildirdi ki,artıq 15 ildir ki, xalq artisti Lütfiyar İmanoun xatirə gecələri , “Dünya  Azərbaycanlıların  Həmrəyliyinə  Dəstək”  ictimai birliyinin  prezidenti  Tofiq  Əli-zadə tərəfindən təşkil olunur.Cünki Lütfiyar İmanon zamanəmizin əsil səhnə Koröğlusu olaraq, Azərbaycan mədəniyyətinin, opera sənətinin inkişafında milisiz xidmətləri olmuşdur. Daha sonra cıxış edən,“Vətənim Azərbaycandır” saytının baş redaktoru Kamran Orucov, bildirdi ki/ Lutfiyar Imanov son 60 ildə opera səhnəsində ən nüfüzlu şəxsiyyətlərdən biri olmuş,yeni vokalcıların yetişməsində böyük xidmətlər göstərmişdir. Dah sonra cıxış edən ziyalılardan,əməkdar jurnalist Mətanət Agamirova,Sevinc Əliyeva,“Tahir Sadıqov,Rəsmiyyə Rzalı,Səmayə Baxşəliyeva, Firuzə Əsədullayeva, Aygün Hüseyn,Nurəddin Salayev və başqaları Lütfiyar İmanovun həyatı haqqında danışarkən bildirdilər ki, xalq artisti, ilk rolunu 1943-cü ildə Sabirabad Dövlət Musiqi Teatrının səhnəsində "5 manatlıq gəlin" tamaşasında oynayıb. Hələ 12 yaşı olanda Bülbülün Səni gördüm aşiq oldum plastinkasına qulaq asandan sonra o mahnını həvəslə oxuyardı.1957-ci ildə A.Milovanovun sinfində musiqi təhsilini bitirir və Dövlət Estrada Orkestrində, daha sonra isə Musiqili Komediya Teatrında fəaliyyətə başlayıb 1958-ci ildə gənc artist SSRİ xalq artisti, bəstəkar Niyazinin diqqətini cəlb edir.Xarici ölkələrə qastrol səfərləri 1960-cı ildən Hindistandan başlayıb. Hətta həmin ildə hind mahnılarını Azərbaycan dilinə çevirib hər iki dildə Hindistanda ifa etmişdir. Lütfiyar İmanov Hindistan, Norveç, Bolqarıstan, Kuba, Çexiya, Polşa, Almaniya, Türkiyə, Yaponiya, Livan, Küveyt, Suriya,İordaniya, Fransa, İtaliya, Belçika, Hollandiya, İspaniya, Malta, Macarıstan, Yunanınstan, Rumıniya və b. ölkələrdə konsertlər vermişdir. Sonda Lütfiyar tədbirin təşkilinə görə, Tofiq Əli-zadəyə minnətdarlığını bildirən Lütfiyar İmnovun oğlu Rauf İmanov söylədi ki, Lütfiyar  İmanov ilk dəfə vokal pərəstişkarlaı onu 1959-cu ildə Moskvada keçirilən Azərbaycan incəsənəti  10 günlüyündə, SSRİ Böyük Teatrının səhnəsində əfsanəvi qəhrəman Koroğlu obrazını yaradarkən tanış olmuşlar.F.Əmirovun "Sevil" operasında Balaş, C.Cahangirovun "Azad" operasında Ayaz, R.Mustafayevin eyni adlı operasında Vaqif, M.Maqomayevin "Nərgiz" operasında Əlyar, V.Adıgözəlovun "Ölülər" operasında İsgəndər, S.Ələsgərovun "Bahadır və Sona" operasında Bahadır müğənninin parlaq şəkildə yaratdığı opera partiyalarıdır. Lütfiyar İmanov 1978-ci ildə SSRİ xalq artisti adına layiq görülmüşdür. Sonda tədbir iştirakcıları xatirə şəkilləri cəkdirmişlər.




ÖNDERTV.ORG

Oxşar xəbərlər