
Gündəm
5-11-2023, 07:58
349
44 günlük Zəfər yolu keçən qəhrəman qazilərimiz

Məhz bu tarixdən etibarən qələmin yazı üslubu, mövzusu və detalları yalnız bir istiqamətə - Zəfərə, qayibiyyətə köklənmiş oldu. Bütün fikirlərimiz, 44 gün və bu 44 günün bizə bəxş etdiyi möhtəşəm qələbəyə yönəldi.
Otuz illik əsarət, otuz illik iztirab, otuz illik məşəqqət xalq olaraq bizi olduqca üzgün bir hala gətirmişdi.

rayon uzrə keciriləm konsertlərdə, tədbirlərdə yüksək pilləyə çıxardır və dəfələrlə mükafatlandırılır. Qazi qardaşımızda vətənpərvərlik hissləri hələ uşaqlıqdan baş qaldırmışdı. O, qorxmaz və cəsarətli idi. Bu onun uzun müddət güləş idman növü ilə məsgul olmasından da qaynaqlanırdı. Dəfələrlə rayon birincisi və.s mukafatların qalibi olmuşdur. 2015 - ci ildə məktəbi bitirən qardaşımız qardaş Turkiyə Dumlupınar Universitetinin Kamu yonetimi Fakultesine qəbul olur. Daxilindəki Vətən eşqi onu oxuduğu universiteti donrurub Bakı şəhərinə gəlməyə və əsgəri xidmətə getməyə ruhlandırır. O hərbi xidmətə olduğu müddətdə Kəşfiyatcı Manqa Komandiri vəzifəsini icra edir. 2018 - ci ildə əsgəri xidmətini başa vurur. 2020-ci ilin iyul hadisələri zamanı könüllü orduya yazılır lakin cagiriş olmadığından Bakı şəhərində qalır. Ziyadxan yenidən öz yarım qalmış təhsilini davam etdirmək üçün Turkiyəyə dönmək iqtidarında ikən 2020-ci il sentyabr ayinin 21- i yenidən səgərbərlik uzrə çağırışa səs verir və ön cəbhəyə yollanır. N saylı hərbi hissənin kəsfiyyat bölüyü manqa komandirliyi vəzifəsi ilə haqq savaşına qoşulur. Sentyabr ayının 27-si doyuslərə qoşulan Ziyadxan Fizuli, Cəbrayıl, Xocavənd istiqamətində döyüşlərdə fəal istirak edir. Fizuli istiqamətində gedən qızğın döyüşlər zamanı mənfur düşmənin istiqamətləndirdiyi mərminin partlaması nəticəsində sağ ayağından travma alır. Özünə gələn Ziyadxan yenidən yüksək əzmlə, iradə ilə döyüşlərə davam edir və Xocavənd istiqamətində hücum zamanı Ural markalı avtomobilin düsmən tərəfindən partladılması nəticəsində ağır yaralanır. Doqquz kəsfiyat masınından biri movqeye cata bilir, səkkizi isə dusmən tərefinden siradan çıxarılır. Ziyadxan düz üç gün yaralı vəziyətdə neytral zonada qalır, olmazın ağrı və çətinliklə qarşı-qarşıya olur. Öz iradəsi, əzmi, Vətən yanğısı, igidimizin fiziki sağlamlığı ona güç, yaşam stimulu verir. Üç gün sonra rəşadətli ordumuz tərəfindən düşmənin mövqeləri həmən ərazilər darmadağın edilir ve Ziyadxan yaralı vəziyyətdə həmən ərazidən çıxarılır. Onu qospitala göndərmək istəsələr də özü buna etiraz edir və arxa cəbhəfə qalır, yardımlar göstərildikdən və özünə gəldikdən sonra yeniden öz xahişi ilə ön cəbhəyə getmək istəyini komandirinə bəlli edir və onun təkidi ilə Ziyadxanı ön cəbhəyə yola salırlar. Noyabr ayının dördünə kimi gərgin döyüşlərdə iştirak edir ve növbəti hücum zamanı minamyotun partlaması nəticəsində kəllə beyin travmasi alır və səhəti ağırlaşır. Onu Fizuli Rayon Mərkəzi Xəstəxanasına gətirirlər və bir gün orda qaldıqdan sonra Hacıqabul Rayon Mərkəzi Xəstəxanasına gətirilir. Üç gün sonra Papanin Hərbi Hospitalına ordan isə Əsəb Dispanserinə aparılır və mualicə aldıqdan sonra yaşadığı ünvana göndərilir. Ziyadxan qayıtdığında Müharibə dəhşətinə "Dəmir yumruq" əməliyyatının 44-cü günündə son qoyulmuş, zəfərə nail olunmuşdu. Şübhəsiz ki, qürurlu idi qardaşımız, sağlamlığı bahasına əldə olunan qələbəmizin şirinliyini yaşayırdı. Vətən qazisi olan qardaşımız üçüncü qrup əlildir. Nə yaxşı ki, Ziyadxan kimi qazilərimiz dövlətimizin diqqətindədir. Bunun bariz sübutu idiki o, ölkə başçımız Cənab Ali Baş Komandanımız tərəfindən müvafiq sərəncamlara uyğun olaraq Fizulinin və Xocavəndin alınmasına görə Vətən müharibəsi iştirakçısı medalı ilə təltif olunmuşdur. Prezident təqaüdçüsüdür. Mən hər dəfə belə qəhrəman qardaşlarımız haqqında yazarkən olmazın qürur, fəxarət hissi keçirirəm.
Dəyərli qardaşım sizə yaradandan uzun, sağlam ömür yolu diləyirəm, sizlərin və müqəddəs Şəhidlərimizin sayəsində bu gün başı uca, alnı açıq, üzü ağ yaşayırıq. Haggınızda olan bütöv Azərbaycanın suyu, havası, çörəyi sizlərə halal olsun. Tanrı sizi qorusun!



Nəhayət Şirinova
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
ADPU Quba filialının əməkdaşı.