

Ziyarət zamanı Dilarə xanım şəhidlərimizin valideyinlərinə belə böyük ürəkli qəhrəmanlar dünyaya gətirib, onları bu qədər vətənpərvər, xalqını, millətini canındanda üstün tutacaq qədər sevəcək oğullar yetişdirdikləri üçün təşəkkür etdi. Dövlətimiz tərəfindən şəhid və qazi ailələrinə hər zaman diqqət və qayğının olduğunu vurğuladı. Ölməz qəhrəmanlarımızın anaları Məlahət ana və Alimə ana oğullarının keçdiyi həyat və döyüş yolundan fəxrlə söhbət açdılar.
Daha sonra Qazi Taleh Camalovun evində onunla görüş keçirib, Talehin döyüş yolundan bəhs edən maraqlı söhbətlərini dinlədilər. Dilarə xanım Talehə can sağlığı arzu edib, tezliklə sağlamlığına qovuşmağı arzu etdi. Onu da qeyd edim ki, Taleh Camalovun vurduğu tank hazırda Qənimətlər Parkındadır.











MİLLİ DƏYƏRLƏRİN QORUNMASI İB MƏTBUAT KATİBİ ƏFSANƏ ƏLİYEVA