“Ermənistan terror təşkilatları 22 ölkədə terror aktı törədib”
21-08-2023, 18:02
116

“Ermənistan terror təşkilatları 22 ölkədə terror aktı törədib”

ÖNDERTV.ORG



Azərbaycan Xarici İşlər Nazirliyi Terrorizm Qurbanlarının Xatirəsini Beynəlxalq Anma Günü ilə bağlı paylaşım edib.
 

ÖNDERTV.ORG xəbər verir ki, XİN-in “X” (tviter) hesabında edilən paylaşımda deyilir: “Bu gün biz erməni terrorunun günahsız qurbanlarının xatirələrini ehtiramla yad edirik”.

Bildirilir ki, ASALA da daxil olmaqla, Ermənistanın terror təşkilatları dünyanın 22 ölkəsində 235-dən çox terror aktı törədib: “Erməni terror təşkilatları Azərbaycana qarşı ərazi iddialarından sonra 1980-ci illərdən başlayaraq ölkəmizin mülki əhalisini hədəfə alıb. İctimai avtobusların, metro qatarlarının partladılması da daxil olmaqla mülki azərbaycanlılara qarşı 30-a yaxın genişmiqyaslı terror aktı törədilib. Ermənistanın işğalı zamanı dinc əhaliyə qarşı terror aktları ilə yanaşı, soyqırımı, insanlığa qarşı cinayətlər törədilib. Bir gecədə 613 azərbaycanlının qətlə yetirildiyi Xocalı Soyqırımı bu cinayətlərin bariz nümunələrindən biridir”.




Oxşar xəbərlər