Rusiyalı politoloq Gəncə terrorundan danışdı: “Ermənistanın terror aktlarının hərbi mahiyyəti yox idi” - VİDEO
17-10-2022, 21:55
94

Rusiyalı politoloq Gəncə terrorundan danışdı: “Ermənistanın terror aktlarının hərbi mahiyyəti yox idi” - VİDEO

“Ermənistan Gəncəni raket atəşinə tutmaqla yalnız hərbi cinayətlərinin sayını artırdı”.
Bu sözləri rusiyalı politoloq Andrey Petrov Ermənistanın Vətən müharibəsi zamanı Gəncəni beşinci dəfə raket atəşinə tutması ilə bağlı danışarkən bildirib.
“Ermənistan rəhbərliyi Cəbrayılın, Hadrutun, Füzulinin azad edilməsinə cavab olaraq bu terror aktına üz tutub. Vurğulamaq lazımdır ki, bu terror aktlarının hərbi mahiyyəti yox idi. Məqsəd mülki əhalini qorxutmaq və dövlətin siyasətini dəyişdirmək idi. Ermənistanın bu cəhdi də uğursuz oldu”, - deyə rusiyalı politoloq qeyd edib.
Xatırladaq ki, bu gün Ermənistanın Vətən müharibəsi zamanı Gəncəni raket atəşinə tutmasında iki il ötür.
Daha ətraflı Baku TV-nin süjetində:

ÖNDERTV.ORG

Oxşar xəbərlər