İƏT Baş katibi Xocalı soyqırımının ildönümü ilə bağlı Azərbaycana başsağlığı verib
21-02-2023, 20:56
89

İƏT Baş katibi Xocalı soyqırımının ildönümü ilə bağlı Azərbaycana başsağlığı verib

ÖNDERTV.ORG

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Hiseyn Brahim Taha Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar Azərbaycana başsağlığı verib.
ÖNDERTV.ORG Trend-ə istinadən xəbər verir ki, bu barədə İƏT-in tviter hesabında paylaşım edilib.
Paylaşımda deyilir ki, Azərbaycan Respublikasının Xocalı şəhərindəki soyqırımının anımının 31-ci ildönümü münasibətilə İƏT-in Baş katibi Hiseyn Brahim Taha 1992-ci il qətliamında həyatını itirənlərlə bağlı başsağlığı verir. Xocalı hadisəsi Ermənistan Respublikası tərəfindən Azərbaycan ərazilərinin qanunsuz işğalının nəticəsidir. 2013-cü ildə Qahirədə keçirilən İslam Zirvə Toplantısının 12-ci Sessiyasında qəbul edilmiş Qahirə Yekun Kommunikesi və təşkilatın XİN rəhbərlərinin 48-ci Sessiyasında qəbul edilmiş "1992-ci il Xocalı qırğını qurbanları ilə həmrəylik" qətnaməsi işğal altında olan Xocalı şəhərində mülki azərbaycanlı əhaliyə qarşı törədilən kütləvi vəhşilikləri hərbi cinayətlər, insanlığa qarşı cinayətlər və soyqırımı kimi tanıyıb.
Xatırladaq ki, Xocalı soyqırımı 1992-ci il fevralın 26-da baş verib. Erməni silahlıalrı azərbaycanlıları küləvi şəkildə qırıb.
ÖNDERTV.ORG

Oxşar xəbərlər