Uşaqların gözü qarşısında narkotik istifadə edən şəxslə bağlı DİN-dən - Açıqlama
19-08-2023, 17:00
119

Uşaqların gözü qarşısında narkotik istifadə edən şəxslə bağlı DİN-dən - Açıqlama

ÖNDERTV.ORG



Sosial şəbəkələrdə azyaşlı uşaqların gözü qarşısında narkotik istifadə edən şəxsin görüntüləri yayılıb.

ÖNDERTV.ORG un məluamtına görə, görüntülər Mingəçevir şəhərində qeydə alınıb.

İddia olunur ki, narkotik qəbul edən şəxs azyaşlıları da pis vərdişlərə sövq edir.



Məsələ ilə bağlı DİN-in Mətbuat xidmətinin Şəki regional qrupuna sorğu ünvanladıq.
Öyrəndik ki, sözügedən şəxs əvvəllər dəfələrlə məhkum edilmiş Zaur Şirinovdur. O, 2 ay əvvəl cinayət məsuliyyətinə cəlb edilib:
“Zaur Şirinov Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyat zamanı iyun ayında şübhəli şəxs qismində saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkar edilib. Faktla bağlı Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddəsi ilə cinayət işi başlanılıb. Digər iddialar istintaq predmetidir və hazırda başlanmış cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir”.
Qeyd edək ki, yayılan görüntülərdə stulda əyləşən şəxsin narkotikdən istifadə etdiyi görünür.

Oxşar xəbərlər