
Gündəm
25-06-2023, 11:44
209
İrandan Azərbaycana 8 kq narkotik keçirilməsinin qarşısı alındı
ÖNDERTV.ORG
İyunun 24-də saat 23:10-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Horadiz" sərhəd dəstəsinin Füzuli rayonunun Böyük Bəhmənli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb və ümumi çəkisi 8 kiloqram 200 qram narkotik vasitə aşkar olunaraq götürülüb.