
Gündəm / Siyasət
11-05-2024, 20:41
201
Azərbaycan Prezidenti ICESCO-ya təşəkkür etdi
ÖNDERTV.ORG
“Şuşa şəhəri İslam dünyasının mədəniyyət paytaxtı elan olunmuşdur. Bu qərara görə ICESCO-ya, onun rəhbərliyinə, ICESCO-ya üzv ölkələrə - qardaş ölkələrə öz təşəkkürümü bildirmək istəyirəm”.
ÖNDERTV.ORG xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalında çıxışı zamanı deyib.
“Şuşa bu şərəfli ada layiq görülüb və biz bunu İslam dünyasının Azərbaycana növbəti dəstəyinin, hörmətinin əlaməti kimi qəbul edirik”, - deyə dövlətimizin başçısı bildirib.