İlham Əliyev Putinə başsağlığı verdi
15-08-2023, 17:55
101

İlham Əliyev Putinə başsağlığı verdi

ÖNDERTV.ORG

Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyası Prezidenti Vladimir Putinə başsağlığı verib.
 ÖNDERTV.ORG xəbər verir ki, başsağlığında deyilir:“Hörmətli Vladimir Vladimiroviç,
Mahaçqalada yanacaqdoldurma stansiyasında baş vermiş partlayış nəticəsində çoxsaylı insan tələfatı barədə xəbərdən çox kədərləndim.
Sizə, həlak olanların doğmalarına və yaxınlarına Azərbaycan xalqı adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verir, bütün xəsarət alanlara şəfa diləyirəm”.

ÖNDERTV.ORG

Oxşar xəbərlər