Ceyhun Bayramov: Vladimir Makey Azərbaycanın dostu idi
26-11-2022, 23:48
91

Ceyhun Bayramov: Vladimir Makey Azərbaycanın dostu idi

Xarici işlər naziri Ceyhun Bayramov belaruslu həmkarı Vladimir Makeyin vəfatı ilə bağlı başsağlığı verib.
ÖNDERTV.ORG  xəbər verir ki, XİN rəhbəri bununla bağlı “Twitter“də paylaşım edib.
“Belarus Respublikasının xarici işlər naziri Vladimir Makeyin vəfatı xəbərini dərin təəssüf hissi ilə öyrəndim. Vladimir Vladimiroviç əsl diplomat, Belarus vətənpərvəri və Azərbaycanın dostu idi. Ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm”, - paylaşımda deyilir.
Xatırladaq ki, Vladimir Makey bu gün 64 yaşında qəfil vəfat edib.



Firuzə Vah



ÖNDERTV.ORG 

Oxşar xəbərlər