Zakir Həsənov Hulusi Akara başsağlığı verdi
14-11-2022, 13:21
113

Zakir Həsənov Hulusi Akara başsağlığı verdi

Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə milli müdafiə naziri cənab Hulusi Akara başsağlığı ünvanlayıb.
VETENİM-AZERBAYCANDIR.AZ xəbər verir ki, başsağlığında deyilir:
“İstanbulun mərkəzində törədilmiş xain partlayış nəticəsində insanların həlak olması və xəsarət alması xəbərləri məni dərindən kədərləndirdi.
Sizin acınız bizim də acımızdır.
Bu faciə nəticəsində həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm. Bütün yaralılara şəfa diləyirəm.
Allah rəhmət eləsin”.
VETENİM-AZERBAYCANDIR.AZ




Oxşar xəbərlər