3 Dekabr - Beynəlxalq Əlillər Günü münasibətilə Uşaq Psixonevroloji Mərkəzində tədbir təşkil etdiLDİ.
4-12-2022, 17:06
122

3 Dekabr - Beynəlxalq Əlillər Günü münasibətilə Uşaq Psixonevroloji Mərkəzində tədbir təşkil etdiLDİ.

3 Dekabr - Beynəlxalq Əlillər Günü münasibətilə Uşaq Psixonevroloji Mərkəzində sağlamlıq imkanları məhdud uşaqlarımız üçün tədbir təşkil etdik. Şəhid ailələrinin, tələbələrin, ictimaiyyət nümayəndələrinin, incəsənət xadimlərinin iştirakı ilə təşkil edilmiş tədbirdə balacalarımızı ziyarət edərək sevindirdik. Ümummilli Lider Heydər Əliyevin dediyi kimi "Uşaqlar bizim gələcəyimizdir." Bizim də borcumuz gələcək nəsillərin sağlam yetişməsi üçün var gücümüzlə səy göstərməkdir. Eləcə də əlilliyi olan şəxslərlə birlikdə inkluziv cəmiyyət qurmalı və onların cəmiyyətə inteqrasiyasına nail olmaqdır. Azərbaycan Prezidenti İlham Əliyevin apardığı çoxkonturlu və inkluziv siyasətdə sağlamlıq imkanları məhdud uşaqların və sosial qayğıya ehtiyacı olan şəxslərin müdafiəsi, müalicəsi mühüm əhəmiyyət kəsb edir. Eləcə də, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə tikilmiş tibb ocağında hazırda sağlamlıq imkanları məhdud olan balacalarımız üçün bütün müalicələr təşkil olunur. Mərkəzdə autizm, uşaq serebral iflici və formaları, əqli gerilik və ləngimələr, onun təzahürlərindən əziyyət çəkən uşaqlara qulluq edilir. Allahdan bütün xəstələrə şəfa diləyir, tezliklə sağlamlıqlarına qovuşmasını arzu edirəm.



VETENİM-AZERBAYCANDIR.AZ

Oxşar xəbərlər