Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun qaliblərinin mükafatlandırılması mərasimi keçirilib - FOTO
22-04-2023, 21:22
82

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun qaliblərinin mükafatlandırılması mərasimi keçirilib - FOTO

ÖNDERTV.ORG

Aprelin 22-də Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə FIG Dünya Kubokunun çoxnövçülük üzrə fərdi və qrup hərəkətləri üzrə qalib və mükafatçılarının mükafatlandırılması mərasimi olub.
ÖNDERTV.ORG Trend-ə istinadən bildirir ki, fərdi çoxnövçülükdə Stilyana Nikolova (Bolqarıstan) qızıl, Sofiya Raffaeli (İtaliya) gümüş, Yeva Brezaliyeva (Bolqarıstan) isə bürünc medala sahib olublar.
Qrup hərəkətlərində çoxnövçülük üzrə komandalarda birinci yeri Çin komandası, ikinci yeri İsrail komandası, üçüncü yeri isə Azərbaycan komandası tutublar.
Qeyd edək ki, bədii gimnastika üzrə FIG Dünya kuboku yarışları 21-23 aprel tarixləri arasında keçirilir. Yarışlarda dünyanın 40 ölkəsindən 135 gimnast fərdi və qrup hərəkətləri proqramında çıxış edirlər.
Azərbaycanı fərdi proqramda Zöhrə Ağamirova və Alina Gözəlova, qrup hərəkətləri proqramında isə Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokinadan ibarət komanda təmsil edirlər.
Gimnastlar fərdi alətlər və çoxnövçülük proqramı üzrə yarışlarda mükafatlar uğrunda mübarizə aparırlar. Ənənəvi olaraq, AGF Trophy Kuboku çıxışına görə ən yüksək xal toplayan idmançıya və qrup komandasına veriləcək.
ÖNDERTV.ORG




ÖNDERTV.ORG

Oxşar xəbərlər