Bədii Gimnastika üzrə "Zəfər Kuboku" adlı açıq birincilik keçirilib
1-02-2023, 14:20
475

Bədii Gimnastika üzrə "Zəfər Kuboku" adlı açıq birincilik keçirilib

ÖNDERTV.ORG

Bədii Gimnastika üzrə "Zəfər Kuboku" adlı açıq birincilik keçirilib

28-29 yanvar tarixlərində “Sports box” klubunun təşkilatçılığı ilə 1-ci “Victory Cup (Zəfər Kuboku)” adlı açıq birincilik keçirilib.
ÖNDERTV.ORG xəbər verir ki, yarışda Azərbaycanla yanaşı Türkiyə, Rusiya, Qazaxstan, Küveyt , BƏƏ və ümumilikdə 300-dən artıq gimnast iştirak edib. Azərbaycanı bu yarışda “Sports box” klubunun üzvləri ilə yanaşı paytaxt Bakıdan və bölgələrimizdən olan 6 klub təmsil edib. Açılış mərasimində Milli məclisin deputatı, Azərbaycan Respublikasının xalq artisti Təranə Muradova, vətənpərvərlik ruhunda mahnıları ilə məşhur olar "Şeron" qrupu və şəhid anaları iştirak edib.
Yarışı giriş sözü ilə açan klubun direktoru Leyla Musayeva iştirakçıları və ölkəmizin qonaqlarını salamlayıb, onlara uğurlar diləyib. Leyla xanım çıxışında bildirib ki, bu gün ölkəmizdə bədii gimnastikaya olan maraq günü-gündən artır. O, birinci vitse-prezident, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyevanın ölkəmizdə bədii gimmastikanın inkişafına yönələn sonsuz diqqətindən söhbət açıb, idmançılarımıza göstərdiyi qayğıdan böyük minnətdarlıq hissi ilə danışıb.

“Sports box” klubunun fəaliyyətindən söz açan klubun direktoru Leyla xanım bildirib ki, məşqçi və gimnast heyəti qarşıdan gələn respublika əhəmiyyətli çempionatlarda iştirak etmək üçün var qüvvələri ilə çalışırlar. Bu yarışlarda iştirak etmək hüququ qazanmaq üçün artıq avqust ayından Azərbaycan Gimnastika Federasiyasına və Azərbaycan Gənclər və İdman Nazirliyinə müraciət etdiklərini də vurğulayıb. 
     Qeyd etmək istərdim ki, mənim üçün çox əziz və doğma olan Suraxanı rayonu 318 nömrəli tam orta məktəbin 3sinif şagirdi Fəxrəddinova Aysu Taleh qızı da bu yarışda iştirak etmişdir və E kateqoriyasında birinci yer tutmuş və 2014 cü illərin içərisində ən güclü gimnast seçilmisdir. Bu münasibətlə əziz AYSU səni təbrik edir və gələcək yarışlarda sənə uğurlar arzu edirəm. 
Bədii Gimnastika üzrə "Zəfər Kuboku" adlı açıq birincilik keçirilib

Əfsanə Əliyeva VETENİM-AZERBAYCANDIR.AZ informasiya portalının müxbiri.

ÖNDERTV.ORG

Oxşar xəbərlər