Bakı arenası indiyədək çıxış etdiyim ən yaxşı meydançalardan biridir - İsveçrəli gimnast
21-04-2023, 15:16
74

Bakı arenası indiyədək çıxış etdiyim ən yaxşı meydançalardan biridir - İsveçrəli gimnast

 
ÖNDERTV.ORG

Bakı arenası indiyədək çıxış etdiyim ən yaxşı meydançalardan biridir.
 
ÖNDERTV.ORG Trend-ə istinadən xəbər verir ki, bunu iştirakçısı isveçrəli idmançı Loren Qryuniger Bakıda keçirilən bədii gimnastika üzrə Dünya kubokundakı kvalifikasiya çıxışlarından sonra deyib.
"Yarışlar möhtəşəm keçir. Bakıdakı Milli Gimnastika Arenasında məşqlər üçün böyük sahənin, çoxlu xalçaların, lazımi işıqlandırmanın olması xoşuma gəlir", - deyə o qeyd edib.
Gimnast bu gün proqramı yerinə yetirərkən kiçik nöqsanlara yol verdiyini deyib.
"Bəlkə də həyəcan özünü göstərirdi. Bu gün kvalifikasiyada birinci qrupda xalçaya çıxdım, etiraf edim ki, yarışın əvvəlində çıxış etmək xoşuma gəlir. Lakin dünən məşqi gec bitirdim və lazımınca dincələ bilmədim. Sabah daha iki məşq nümayiş etdirməliyəm və yarışın ikinci günü artıq kvalifikasiyanın sonunda çıxış edəcəyəm. Buna görə də hazırlaşmaq üçün daha çox vaxt var", - deyə isveçrəli gimnast əlavə edib.
Qeyd edək ki, bədii gimnastika üzrə FIG Dünya kuboku yarışları 21-23 aprel tarixləri arasında keçirilir. Yarışlarda dünyanın 40 ölkəsindən 135 gimnast fərdi və qrup hərəkətləri proqramında çıxış edirlər.
Azərbaycanı fərdi proqramda Zöhrə Ağamirova və Alina Gözəlova, qrup hərəkətləri proqramında isə Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokinadan ibarət komanda təmsil edirlər.
Gimnastlar ayrı-ayrı alətlər üzrə və çoxnövçülük yarışlarında mükafatlar uğrunda mübarizə aparırlar. Ənənə üzrə AGF Trophy Kuboku çıxışına görə ən yüksək bal toplamış idmançıya və qrup komandasına təqdim olunacaq.
 
ÖNDERTV.ORG

Oxşar xəbərlər