Dünya kuboku yarışlarının birinci günündə gimnastlarımızın nəticələri - FOTO
21-04-2023, 18:13
252

Dünya kuboku yarışlarının birinci günündə gimnastlarımızın nəticələri - FOTO

ÖNDERTV.ORG

Azərbaycanlı gimnastlar Zöhrə Ağamirova və Alina Gözəlova Bakıda keçirilən bədii gimnastika üzrə FIG Dünya kuboku yarışlarının birinci günü kvalifikasiyada çıxış ediblər.
ÖNDERTV.ORG Trend-ə istinadən xəbər verir ki, Zöhrə Ağamirova halqa ilə hərəkətlər proqramında hakimlərdən 29.750 bal alıb, Alina Gözəlovanın çıxışı isə 27.300 balla qiymətləndirilib. Hazırki nəticələrə görə halqa ilə hərəkətlər proqramında Zöhrə Ağamirova müvəqqəti olaraq ikinci yer, Alina Gözəlova isə müvəqqəti olaraq beşinci yer tutur.
Z. Ağamirovanın topla hərəkətinə görə nəticəsi 32.000 bal olub, hazırki nəticələrə görə, o müvəqqəti olaraq birinci yer tutub, A, Gözəlova isə 30.950 balla müvəqqəti olaraq üçüncü yer tutur.
Qeyd edək ki, bədii gimnastika üzrə FIG Dünya kuboku yarışları 21-23 aprel tarixləri arasında keçirilir. Yarışlarda dünyanın 40 ölkəsindən 135 gimnast fərdi və qrup hərəkətləri proqramında çıxış edirlər.
Azərbaycanı fərdi proqramda Zöhrə Ağamirova və Alina Gözəlova, qrup hərəkətləri proqramında isə Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokinadan ibarət komanda təmsil edirlər.

ÖNDERTV.ORG







ÖNDERTV.ORG

Oxşar xəbərlər