Bakı Şəhəri Sabunçu Rayon Gənclər evində növbəti təqdirəlayiq tədbir keçirilib.
11-02-2023, 14:30
216

Bakı Şəhəri Sabunçu Rayon Gənclər evində növbəti təqdirəlayiq tədbir keçirilib.

İnkluziv cəmiyyət, İnkluziv yanaşma tərzinin bir biri ilə uzlaşmasının təcəssümü olan bu tədbir "Əngəlsiz Karyera" sərgisi adı altında baş tutdu. Sərginin əsas məqsədi Əlilliyi olan uşaqların, gənclərin əl işlərinin təbliği olmuşdur. 20-yə yaxın gəncin bu sərgidən sonra lazımı kurs keçmələrinə və müvafiq işlərlə təmin olunmalarına da zəmanət verilmişdir. 
Sərgidə Millət Vəkilləri, ƏƏSMN-ninSosial Xidmətlər Agentliyi, ASQİB-nin sədri, üzvləri, ictimaiyyət nümayəndələri, mediya mənsubları iştirak edirdi.
Çıxış edən Azərbaycan Respublikası Sahibkar Qadınlar İctimai Birliyinin sədri Zenfira Ağayeva bildirdi ki, bu gənclər cəmiyyətimizin ən yararlı hissələrindən biridir və onlara hər zaman dövlətimizin və bizlərin qayğı və diqqəti danılmazdır. Daha sonra tədbirdə iştirak edən qonağlar da öz çıxışlarında ürək sözlərini demiş və gənclərə müsbət motivasiya vermişdilər.
Vətənim-Azərbaycandır.az xəbərlər informasiya portalı adından biz də gələcəyimiz olan bu gənclərə bol-bol uğurlar, sağlam və gözəl həyat yolu arzu edirik! 

Kamran Orucov

Vətənim-Azərbaycandır.az xəbərlər informasiya portalınln təsisçisi və baş redaktoru.

Vətənim-Azərbaycandır.az

Oxşar xəbərlər