Zəfər Gününüz mübarək!
10-11-2022, 08:56
84

Zəfər Gününüz mübarək!



44 günlük haqlı Vətən savaşımızın möhtəşəm Zəfərin dən artıq iki il ötür. Qalib xalqın nümayəndələri kimi qələbə günümüzü geyd edirik. Bu münasibətlə ölkəmizdə çoxsaylı tədbirlər keçirilməkdədir. Və bu şərəfli günü geyd edənlər sırasında
Abşeron rayonu  Masazır Qəsəbəsində yerləşən   FaMe kids Uşaq və inkişaf tədris mərkəzi
də vardır.  Sevda Əliməmmədovanın rəhbərliyi ilə 
  mərkəzdə daima vətənpərvərlik mövzusunda tədbirlər keçirilir, Şəhid və Qazi övladlarına təmənnasız xidmətlər göstərir. Bu gün də Zəfər təntənəsinə hərs olunmuş tədbir baş tutdu. Gözəl günə gonağ kimi Şəhid ailə üzvləri, qazilər, ictimaiyyət nümayəndələri, mediya mənsubları və s. dəvət olunmuşdu.
Qonağlar sırasında  Vətənim-Azərbaycandır.az xəbərlər informasiya portalının  təsisçisi və baş redaktoru Kamran Orucov da var idi. 
Çıxış edənlər 44 günlük haqlı Vətən savaşının mükəmməl qələbəsini öz çanı, qanı bahasına bizlərə bəxş edən şəhidlərimizin döyüş yolundan bəhs etdilər, qazilərimizin şücaəti ni vurğuladılar. 
Sonda Qazilərimizə hədiyyələr təqdim olunmuş, müəllimlər  və fərqlənən şagirdlər Fəxri fərmanlarla təltif olunmuşdular. 



N. Şirinova.
Vətənim-Azərbaycandır. az xəbərlər informasiya portalının redaktoru.

ÖNDERTV.ORG

Oxşar xəbərlər