Sabunçuda Heydər Əliyevin anım günü qeyd edildi
8-12-2022, 22:36
98

Sabunçuda Heydər Əliyevin anım günü qeyd edildi

YAP Sabunçu rayon təşkilatının inzibati binasında Ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş tədbir keçirilib.
ÖNDERTV.ORG  xəbər verir ki, tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatının sədri vəzifəsini icra edən Zülfüqar Cəfərov, RİH başçısı aparatının məsul əməkdaşları, rayonda fəaliyyət göstərən təhsil, səhiyyə, sosial xidmət və digər müəssisələrin rəhbərləri və YAP Sabunçu rayon təşkilatının fəal üzvləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev bildirdi ki, Ümummilli lider Heydər Əliyevin parlaq siyasi zəkası, müdrikliyi sayəsində xalqımız öz milli-mənəvi dəyərlərini qoruyaraq yeni minilliyə inamla qədəm qoyub.
Daha sonra çıxış edən Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatının sədri vəzifəsini icra edən Zülfüqar Cəfərov, Sabunçu rayonu, 96 nömrəli tam orta məktəbin direktoru Mehriban Məmmədova, Sabunçu rayon Ağsaqqallar Şurasının sədri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Vəli Səfərov (Qaraçaylı), YAP Sabunçu rayon təşkilatının gənc fəalları Dadaş Məmmədov və Namiq Muradov Ulu öndər Heydər Əliyevin bir şəxsiyyət kimi böyüklüyü, mənəvi zənginliyi, ictimai-siyasi xadim kimi vətənpərvərliyi və ən çətin anda, taleyüklü məqamlarda haqqa söykənərək xalqının xidmətində durmağından söz açıblar.





ÖNDERTV.ORG
 

Oxşar xəbərlər