Azərbaycan və Türkiyə müdafiə nazirləri görüşdü - Fotolar + Video
4-10-2022, 22:43
113

Azərbaycan və Türkiyə müdafiə nazirləri görüşdü - Fotolar + Video

Xəbər verdiyimiz kimi, Türkiyənin milli müdafiə naziri Hulusi Akar Azərbaycana işgüzar səfər edib.
“Qafqazinfo”nun Türkiyə Milli Müdafiə Nazirliyinə istinadən məlumatına görə, Müdafiə Nazirliyində Hulusi Akarla Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov arasında təkbətək, daha sonra geniş tərkibdə görüş olub.
Görüş zamanı Bakının düşmən işğalından qurtuluşunun 104-cü ildönümünü təbrik edən Hulusi Akar iki ölkə arasında dostluq və qardaşlığın “bir millət, iki dövlət” anlayışı ilə ən üst səviyyədə davam etdiyini bildirib. Nazir vurğulayıb ki, Azərbaycanın işğal altında torpaqlarını azad etməsi Cənubi Qafqazda davamlı sülh və sabitlik üçün tarixi bir fürsət pəncərəsini açıb.
Ermənistanın son 30 ildə olduğu kimi yenə də ciddi təxribatlara əl atdığına diqqət çəkən türkiyəli nazir qeyd edib ki, Ermənistan artıq təxribatlara son verməlidir: “Azərbaycanla imzalanan bəyanat çərçivəsində sülh danışıqlarına və əməkdaşlığa diqqət yetirməli, uzadılmış sülh əlini tutmalıdır”.
Sərhəd xəttindəki toqquşmalarda şəhid olan Azərbaycan ordusunun qəhrəman əsgərlərinə rəhmət, yaralılara isə şəfa diləyən Akar qeyd edib: “Türkiyə olaraq indiyə qədər etdiyimiz kimi “bir millət, iki dövlət” anlayışını rəhbər tutaraq, azərbaycanlı qardaşlarımızla bir yumruq olmağa davam edəcəyik. Hər zaman can Azərbaycanın yanındayıq. Azərbaycan heç bir vaxt yalnız deyil”.















ÖNDERTV.ORG  

Oxşar xəbərlər