Zakir Həsənov Gürcüstanda səfərdədir
14-11-2022, 13:53
89

Zakir Həsənov Gürcüstanda səfərdədir

Noyabrın 14-də Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov Gürcüstanın müdafiə naziri cənab Caunşer Burçuladzenin dəvətilə bu ölkəyə rəsmi səfər edib.
ÖNDERTV.ORG xəbər verir ki, general-polkovnik Z.Həsənov Tbilisidəki Heydər Əliyev parkına gəlib, burada Ulu Öndərin abidəsini ziyarət edib, önünə əklil qoyaraq xatirəsini hörmət və ehtiramla anıb.
Səfər çərçivəsində general-polkovnik Z.Həsənovun Gürcüstanın hərbi-siyasi rəhbərliyi ilə bir sıra görüşlərinin keçirilməsi planlaşdırılır.





ÖNDERTV.ORG

Oxşar xəbərlər