Rəsmi Bakı lazımi addımlar atacaq - Paris nəşri
11-11-2022, 18:16
82

Rəsmi Bakı lazımi addımlar atacaq - Paris nəşri

Fransanın "La Gazette" (https://www.lagazetteaz.fr/) xəbər portalında "erməni ünsürləri Qarabağı tərk etməyəcəyi təqdirdə rəsmi Bakı lazımı addımlar atacaq" başlıqlı məqalə dərc olunub.
ÖNDERTV.ORG Trend-ə istinadən xəbər verir ki, məqalədə bildirilib ki, 2020-ci ilin 10 noyabr Bəyanatına əsasən, erməni silahlı qüvvələri Qarabağı tərk etməli idi, lakin bu öhdəlik hələ də yerinə yetirliməyib.
"Azərbaycan bütün beynəlxalq razılaşmalara həmişə hörmətlə yanaşır. 2020-ci ilin 10 noyabr Bəyanatında üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirir, amma Ermənistan buna əməl etmir. Azərbyacan tərəfi bir daha xatırladır ki, erməni silahlı qüvvələrinin Qarabağdan çıxarılması öhdəliyi təmin olunmazsa, Azərbaycan lazımi addımlar atacaq", -deyə məqalədə Prezident İlham Əliyevin noyabrın 8-də Zəfər Günü münasibətilə Şuşada təşkil olunan tədbirdə hərbçilər qarşısındakı nitqinə istinadən qeyd olunub.
Zəngəzur dəhlizindən də bəhs olunan məqalədə vurğulanıb ki, bu dəhliz Ermənistanın öhdəliyidir və bununla əlaqədar Ermənistan tərəfi heç bir addım atmayıb.
"Zəngəzur dəhlizi Ermənistanın öhdəliyidir, öz üzərinə öhdəlik götürüb. Azərbyacan iki il ərzində Laçın yolu ilə Ermənistandan Qarabağa və əks istiqamətə gedən maşınlara toxunmayıb. Çünki öhdəlik götürmüşdü, yerinə yetirir, sərbəst hərəkət. Ermənistan da öhdəlik götürüb ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında yol bağlantısı olsun. İki il keçib üstündən, nə texniki-iqtisadi əsaslandırma var, nə hansısa hərəkət var, nə dəmir yolu, nə də avtomobil yolu", -deyə məqalədə xatırladılıb.
Həmçinin, əlavə olunub ki, Ermənistan yaxşı qonşuluq siyasəti aparmaq istəyirsə, birinci növbədə, 2020-ci ilin 10 noyabr Bəyanatının bütün müddəalarını yerinə yetirməlidir. Azərbaycanla sülh üzrə aparılan danışıqlarda səmimi olmalıdır. Süni şəkildə vaxt uzatmamalıdır.


ÖNDERTV.ORG

Oxşar xəbərlər