Azərbaycanın Fransa, Livan və ABŞ-dakı səfirliklərinə qarşı vandalizm aktları Ermənistan tərəfindən təşkil edilib.
22-10-2022, 13:58
128

Azərbaycanın Fransa, Livan və ABŞ-dakı səfirliklərinə qarşı vandalizm aktları Ermənistan tərəfindən təşkil edilib.

Ölkə Prezidenti cənab İlham Əliyev cari ilin 13 oktyabr tarixində Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısının plenar iclasında çıxış edib. Dövlətimizin başçısı bir daha Azərbaycan-Ermənistan münasibətlərinin mövcud vəziyyəti haqqında geniş məlumat verəkək qeyd edib ki, ikinci Qarabağ müharibəsində qazanılmış Qələbə nəticəsində Azərbaycan öz torpaqlarını Ermənistan işğalından azad etdi, 30 il davam edən Qarabağ münaqişəsinə son qoydu və tarixi ədaləti bərpa etdi. Lakin münaqişənin bitməsinə baxmayaraq Ermənistan hələ də təxribatlara meyillidir.Ölkə başçısı bildirib ki, Azərbaycanın Livandakı və ABŞ-dakı səfirliklərinə qarşı törədilən təxribatların, Azərbaycanın ABŞ-dakı səfirliyinin avtomobilinə odlu silahdan atəş açılması kimi terror və vandalizm aktları Ermənistan tərəfindən təşkil edilib. “Bizdə heç bir şübhə yoxdur ki, bu terror aktları Ermənistan tərəfindən təşkil edilib. Mən nə üçün bunu deyirəm? Çünki 1990-cı illərdə erməni xüsusi xidmət orqanları tərəfindən 32 terror aktı - metroda, avtobuslarda, bərələrdə və qatarlarda partlayışlar törədilib. Bu terror aktları nəticəsində iki mindən çox dinc azərbaycanlı həlak olub”, - deyə dövlətimizin başçısı diqqətə çatdırıb. Biz ABŞ-ın, Fransanın və terrora məruz qala biləcək diplomatik missiyamızın olduğu digər ölkələrin hökumətlərini məsuliyyətli olmağa və beynəlxalq öhdəliklərini yerinə yetirməyə çağırırıq. Bu,qətiyyən yolverilməzdir və bütün diplomatik konvensiyaların pozulması deməkdir.Bu gün Ermənistanın bu cinayətlərinə dünyanın hələ də ciddi reaksiya verməməsi təəssüf doğurur. Ermənistana təzyiq göstərməməklə görün dünya, beynəlxalq aləm Azərbaycanı necə dəhşətli faciə ilə üz-üzə qoyub. Dünya birliyi haqdan-ədalətdən danışır, lakin Ermənistana təzyiq etmirlər, ərazilərimizin minalardan təmizlənməsinə dəstək göstərmirlər” Cənab Prezident çıxışında 2020-ci ilin noyabrında Rusiya Federasiyasının vasitəçiliyi ilə qəbul edilən üçtərəfli Bəyanatın müddəalarını Ermənistanın bu günə kimi yerinə yetirmədiyini qeyd edərək bildirib ki, “Ermənistan Azərbaycanın əsas hissəsindən Naxçıvan Muxtar Respublikasına maneəsiz girişi təmin etmir, halbuki bu, onun hüquqi öhdəliyidir, həmçinin Azərbaycan ərazisində erməni silahlı qüvvələrini indiyədək çıxarmayıb. Biz hələ ki, səbir nümayiş etdiririk, lakin bunun da bir həddi var. 2020-ci ilin noyabr Bəyanatının bu iki vacib bəndi icra edilməsə, bizim adekvat tədbir görməkdən başqa seçimimiz qalmayacaq”. Azərbaycan Prezidenti çıxışının sonunda iclas iştirakçılarının diqqətinə Qarabağ ermənilərinin taleyi barədə Azərbaycanın mövqeyini çatdırıb. “Qarabağın erməni əhalisinin hüquqları və təhlükəsizliyi Azərbaycan Konstitusiyasına uyğun olaraq təmin ediləcək. Biz öz daxili məsələlərimizi heç bir tərəflə müzakirə etməyə hazırlaşmırıq. Praqa görüşünün yekunlarına əsasən də başa düşdüyüm qədər, bu mövzu dördtərəfli görüşün bütün iştirakçıları arasında hər hansı fərqli şəkildə qəbul edilməyib”, - deyə dövlətimizin başçısı vurğulayıb. Ona görə də Azərbaycan Qarabağda yaşayan ermənilərlə bağlı hər hansı bir məsələni digər ölkələrlə, o cümlədən Ermənistanla müzakirə etməyəcək. Dövlət başçısı İlham Əliyev sözügedən çağırışı ilə Azərbaycanın bu məsələdə də mövqeyinin dəyişməz olduğunu nümayiş etdirdi. 

 Fidan Hüseynova,
YAP Quba rayon təşkilatının sədri

ÖNDERTV.ORG

Oxşar xəbərlər