Hikmət Hacıyev Armen Qriqoryanla görüşdü
28-09-2022, 06:26
83

Hikmət Hacıyev Armen Qriqoryanla görüşdü

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ-da Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşüb.
ÖNDERTV.ORG  xəbər verir ki, bu barədə məlumatı ABŞ-ın Milli Təhlükəsizlik müşaviri Cek Sallivan özünün tviter hesabında yazıb.
“Bu gün mən Hikmət Hacıyev və Armen Qriqoryanın birbaşa və konstruktiv danışıqlar aparması üçün ev sahibliyi etdim. Biz növbəti zorakılığın qarşısının alınmasının və vaxt məhdudiyyətli, məqsədyönlü danışıqların aparılmasının vacibliyini müzakirə etdik. Biz həmçinin sabit və davamlı sülhə dəstək olaraq irəliyə doğru konkret addımlar da müəyyən etmişik”, - Ceyk Sallivan qeyd edib.




ÖNDERTV.ORG      

Oxşar xəbərlər