Ərdoğan və Stoltenberq arasında görüş başa çatdı - Yenilənib
5-11-2022, 14:14
94

Ərdoğan və Stoltenberq arasında görüş başa çatdı - Yenilənib

İstanbulda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla NATO-nun Baş katibi Yens Stoltenberq arasında görüş başlayıb.
ÖNDERTV.ORG xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Görüşdə Türkiyə-NATO münasibətləri, Ukraynada davam edən müharibə, taxıl dəhlizi və digər məsələlər müzakirə ediləcək.
***
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və NATO  Baş katibi Yens Stoltenberq arasında görüş başa çatıb.
ÖNDERTV.ORG xəbər verir ki, bununla bağlı TRT məlumat yayıb.
Görüş zamanı tərəflər İsveç və Finlandiyanın NATO-ya üzv olması, Rusiya-Ukrayna müharibəsi,Yunanıstanın təcavüzkar siyasəti haqqında fikir mübadiləsi aparıblar.
Prezident Ərdoğan görüşdə Rusiya və Ukrayna ilə ən yüksək səviyyədə həyata keçirdikləri diplomatik görüşlər nəticəsində taxıl dəhlizinin yenidən fəaliyyətə başladığını ifadə edərək, qarşıdakı dövrdə razılaşmanın uzadılmasına diqqət yetirəcəklərini bildirib.


ÖNDERTV.ORG

Oxşar xəbərlər