Ərdoğanla Putin arasında təkbətək görüş KEÇİRİLİR - YENİLƏNİB/VİDEO
6-08-2022, 00:46
235

Ərdoğanla Putin arasında təkbətək görüş KEÇİRİLİR - YENİLƏNİB/VİDEO

Soçi şəhərində Rusiya prezidenti Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında təkbətək görüş keçirilir.

Öndərtv.org Bizim.Media türk mətbuatına istinadən xəbər verir ki, görüşün mətbuata açıq keçirilən hissəsində V.Putin taxıl dəhlizi, eləcə də Rusiya gübrəsinin tədarükü ilə bağlı razılaşmaların əldə olunmasında təşəbbüsünə görə R.T.Ərdoğana təşəkkürünü bildirib.

Eyni zamanda, R.T.Ərdoğan Rusiya ilə Türkiyənin münasibətlərində yeni səhifə açacaqlarına ümidvar olduğunu bildirib.

Görüş zamanı liderlərin Türkiyənin Suriyadakı əməliyyatları, eləcə Türkiyədə inşası davam etdirilən "Akkuyu" atom elektrik stansiyasının inşası məsələsini müzakirə edəcəyi bildirilib.

*** 16.27

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və rusiyalı həmkarı Vladimir Putin arasında görüş başlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Danışıqlar Soçidəki “Rus” sanatoriyasının "İmperial" korpusunun Yaşıl zalında aparılır.

Bizim.Media

Oxşar xəbərlər