Rəcəb Tayyib Ərdoğanla Nikol Paşinyanın müzakirə edəcəyi məsələlər məlum oldu
4-10-2022, 11:30
134

Rəcəb Tayyib Ərdoğanla Nikol Paşinyanın müzakirə edəcəyi məsələlər məlum oldu

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ermənistan baş naziri Nikol Paşinyanla görüşü baş tutacaq.
Yüksək səviyyəli görüş Avropa Siyasi Birliyinin sammiti çərçivəsində oktyabrın 6-da Praqada reallaşacaq.
Bu barədə ÖNDERTV.ORG  “Sabah” qəzetinə  istinadən məlumat verir.
Bildirilir ki, danışıqlarda Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması ilə bağlı müzakirələrin aparılması planlaşdırılır. Ərdoğan Paşinyana üçüncü ölkələrin ərazisində deyil, ardıcıl olaraq Türkiyə və Ermənistanda xüsusi nümayəndələrin görüşlərinin keçirilməsini təklif edəcək.
Bundan əlavə, Türkiyə lideri regionda gərginliyin azaldılması və Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin tezliklə imzalanması ilə bağlı təkliflər verəcək.




  ÖNDERTV.ORG  

Oxşar xəbərlər