Çexiyada on minlərlə insan Ukraynaya dəstək ifadə etdi
30-10-2022, 21:38
74

Çexiyada on minlərlə insan Ukraynaya dəstək ifadə etdi

Çexiyanın paytaxtı Praqada on minlərlə insan mitinq keçirib.
 
ÖNDERTV.ORG "Reuters"ə istinadən xəbər verir ki, aksiyada iştirak edənlər populizm və ekstremizmə qarşı şüarlar səsləndirib.
 
Kütlənin çoxu Çexiya, ABŞ, NATO və Ukrayna bayraqlarını dalğalandırıb, Rusiyaya qarşı müharibədə Ukraynaya dəstəyini bildirib.
 
Nümayişdə, həmçinin Ukraynanın birinci xanımı Zelenskayanın insanları ölkəsində baş verənlərə diqqətdə qalmağa çağıran videoçarx nümayiş etdirilib.
 
“Rusiyanın bizi və bütün dünyanı qaranlığa sürükləməsinə imkan verməyəcəyik”, - deyə o, bildirib.
 
Qeyd edək ki, bundan iki gün əvvəl Çexiyada Avropa İttifaqı və NATO-ya qarşı genişmiqyaslı aksiya keçirilib.
 
Akif İsmayılov


ÖNDERTV.ORG


Oxşar xəbərlər