Aİ Ukraynaya 500 milyon avro yardım edib
1-08-2022, 17:24
214

Aİ Ukraynaya 500 milyon avro yardım edib

Avropa İttifaqı Rusiyanın işğalının maliyyə nəticələrini aradan qaldırmaq məqsədilə Kiyevə 1 milyard avro məbləğində maliyyə yardımı göndərir.

Öndərtv.org” “Əl Cəzirə”yə istinadən xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal bildirib.
“1 milyard avro, ümumilikdə məbləği 9 milyard avro olan Ukraynaya dəstək paketinin bir hissəsidir”,- deyə Şmıqal öz teleqram kanalında qeyd edib.
Onun sözlərinə görə, 500 milyon avro vəsaitin ilk tranşı artıq Ukrayna Mərkəzi Bankı tərəfindən qəbul edilib. Yerdə qalanının isə avqustun 2-si çatacağı gözlənilir.
Nəzrin Cavadzadə

Oxşar xəbərlər