“Qırmızı xətt”ə yaxınlaşırlar, NATO-Rusiya toqquşması...” - Şok xəbərdarlıq
11-10-2022, 21:37
88

“Qırmızı xətt”ə yaxınlaşırlar, NATO-Rusiya toqquşması...” - Şok xəbərdarlıq

"ABŞ-ın Ukraynaya əlavə silahlar, o cümlədən ən müasir sistemləri verməyə hazır olması barədə bəyanatları Vaşinqtonun münaqişənin iştirakçısı statusunda möhkəmləndiyini təsdiqləyir".
ÖNDERTV.ORG teleqraf.com-a istinadən bildirir ki, bunu Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov deyib.
Səfir Rusiyanın Ukraynadakı infrastruktur obyektlərinə dəqiq silahlarla zərbələr endirmək qərarının ölkəsində baş verən "terror aktları"na cavab olduğunu və məsuliyyətin tamamilə Kiyevin üzərinə düşdüyünü bildirib:
"ABŞ-dan fərqli reaksiya gözləmirdik. Bununla belə, Amerika rəhbərliyinin Zelenskiyə əlavə hərbi məhsulların, o cümlədən son model sistemlərin tədarükü ilə dəstək vermək niyyəti barədə bəyanatlarını Vaşinqtonun münaqişənin iştirakçısı statusunda möhkəmlənməsinə növbəti təsdiq kimi qəbul edirik.
Bu cür yardım, eləcə də Kiyevə kəşfiyyat, təlimat və digər istiqamətlərdə hərbi yardım Rusiya ilə NATO arasında toqquşma riskini daha da artırmaq üçün bir yoldur. Üstəlik, Ukrayna tərəfi silahlarla mülki infrastruktur və yaşayış binalarını hədəf alır".
Antonov əlavə edib:
"ABŞ və müttəfiqlərini yaxınlaşdıqları "qırmızı xətləri" keçməməyə çağırırıq. Rejimi ölümcül silahlarla təmin etməyi dayandırın. Bu, yalnız yeni qurbanlara və dağıntılara, münaqişənin daha da uzanmasına səbəb olacaq".



ÖNDERTV.ORG

Oxşar xəbərlər