Paşinyan Aİ-nin xüsusi nümayəndəsi ilə görüşdü
29-10-2022, 18:00
75

Paşinyan Aİ-nin xüsusi nümayəndəsi ilə görüşdü

Ermənistanın Baş naziri Nikol Paşinyan ilə Avropa Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Aİ Ermənistan sərhədindəki fəaliyyətini müzakirə edib.
ÖNDERTV.ORG xarici mətbuata istinadən xəbər verir ki, görüş zamanı həmsöhbətlər regional təhlükəsizlik, sülh və sabitlik məsələləri, bu istiqamətdə atılan addımlar, Qarabağ münaqişəsinin həlli ilə bağlı fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, Klaar bundan əvvəl Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla Aİ monitorinq missiyasının işini müzakirə edib.
Xatırladaq ki, oktyabrın 17-də Aİ xarici işlər nazirləri Lüksemburqda keçirilən görüşdə Azərbaycanla sərhəddə Ermənistana 40 müşahidəçinin göndərilməsini rəsmən təsdiqləyiblər. Müşahidəçilər rayona gələrək oktyabrın 20-də fəaliyyətə başlayıblar. Missiya iki ay üçün nəzərdə tutulub.



ÖNDERTV.ORG


Oxşar xəbərlər