Ceyhun Bayramov Cozef Borrell ilə telefon danışığı apardı
10-10-2022, 22:21
88

Ceyhun Bayramov Cozef Borrell ilə telefon danışığı apardı

Bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Avropa İttifaqının (Aİ) xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borrell ilə telefon danışığı baş tutub. 
ÖNDERTV.ORG xəbər verir ki, bu haqda XİN məlumat yayıb.
Telefon danışığı zamanı, Praqada 6 oktyabr tarixində Azərbaycan Prezidenti İlham Əliyev, Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilmiş dördtərəfli görüşün nəticələri və bundan irəli gələn məsələlər, habelə bölgədəki vəziyyət müzakirə edilib. 
Avropa İttifaqının ali nümayəndəsi Borrell Avropa İttifaqının missiyası üzrə hazırlıq işləri barədə məlumat verib. Aİ tərəfi Praqa görüşünün nəticələrini yüksək qiymətləndirib, bölgədə sülh və sabitliyin yaradılması istiqamətində Aİ öhdəliyini qeyd edib.
Ceyhun Bayramov öz növbəsində Praqa görüşünün bölgədə sülhə töhfə verilməsi baxımından gözləntilərini diqqətə çatdırıb. Bununla yanaşı, Cenevrə görüşü zamanı sülh müqaviləsinin elementlərinin Ermənistan tərəfinə təqdim olunduğu, bu və delimitasiya üzrə işlərin tezliklə başlanmasının vacib olduğunu vurğulayıb.
Telefon danışığı zamanı, digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.


ÖNDERTV.ORG


Oxşar xəbərlər