“2020-ci ildən mina qurbanlarının sayı 261 nəfərə çatıb”
22-10-2022, 17:36
74

“2020-ci ildən mina qurbanlarının sayı 261 nəfərə çatıb”

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva oktyabrın 21-i Laçının Suarası kəndi ərazisində minaya düşən şəxslərlə bağlı paylaşım edib.
ÖNDERTV.ORG xəbər verir ki, L.Abdullayeva paylaşımında yazıb: 
“Ermənistanın yerləşdirdiyi minanın daha bir günahsız qurbanı. 2020-ci ildən bəri Azərbaycanda mina qurbanlarının sayı 261 nəfərə çatıb!”.
Qeyd edək ki, Laçında minaya düşənlərdən biri - 1977-ci il təvəllüdlü Elsevər Sovet oğlu Həmidov müalicə aldığı xəstəxanada tibbi müdaxiləyə baxmayaraq, dünyasını dəyişib.



ÖNDERTV.ORG

Oxşar xəbərlər