Fransa səfiri Füzulidə mina partlayışında həlak olanlarla bağlı başsağlığı verib - FOTO
1-10-2022, 12:51
110

Fransa səfiri Füzulidə mina partlayışında həlak olanlarla bağlı başsağlığı verib - FOTO

Fransanın Azərbaycandakı səfiri Zakari Qross Füzuli rayonunda piyada əleyhinə minanın partlaması nəticəsində həyatını itirənlərlə bağlı kədərləndiyini bildirərək başsağlığı verib.
Bu barədə fransalı diplomat “Twitter” hesabında yazıb:
“Dünən Füzuli rayonunda piyada əleyhinə minanın partlaması nəticəsində Əsədov Amid və Quluzadə Çərkəzin həlak olması xəbərindən kədərləndim”.
Xatırladaq ki, sentyabrın 30-u Füzuli rayonunun işğaldan azad edilmiş Yuxarı Dilağarda kəndi ərazisində minalardan təmizlənməmiş ərazidə tank əleyhinə minanın partlayışı baş verib. Təhlükəli əraziyə qeyri-qanuni yolla daxil olma nəticəsində 1986-cı il təvəllüdlü Əsədov Amid Fətullah oğlu və 2007-ci il təvəllüdlü Quluzadə Çərkəz Bahadur oğlu həlak olub.



ÖNDERTV.ORG  

Oxşar xəbərlər