İrəvanda partlayışda ölənlərin sayı artdı - Yenilənib
16-08-2022, 10:15
123

İrəvanda partlayışda ölənlərin sayı artdı - Yenilənib

İrəvanın “Surmalu” ticarət mərkəzində baş vermiş partlayış nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb.

Öndərtv.org” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyinin mətbuat katibi Hayk Kostanyan bildirib.
Onun sözlərinə görə, dağıntılar altından kişi meyiti çıxarılıb:
“Hazırda yeddi ölü var. Axtarış-xilasetmə işləri davam edir”.
***
Dağıntılar altından daha bir nəfərin cəsədi tapılıb. Son məlumatlara görə, hadisə nəticəsində 8 nəfər ölüb, 61 nəfər yaralanıb. Hadisənin rəsmi səbəbi hələlik açıqlanmır. Hadisə şahidlərinin sözlərinə görə, partlayış atəşfəşanlıq mağazasında baş verib.
***
İrəvanda ticarət mərkəzində baş vermiş partlayışda ölənlərin sayı 10 nəfərə çatıb.
***
Ermənistan Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, xilasedicilər İrəvandakı ticarət mərkəzinin dağıntıları altından biri uşaq olmaqla, daha 5 nəfərin meyitini tapıblar.
Ümumilikdə həlak olanları sayı 15-ə çatıb.
***
Dağıntılar altından hamilə qadın və onun azyaşlı uşağının cəsədi çıxarılıb. Beləliklə, partlayış nəticəsində ölənlərin sayı 16 nəfərə çatıb.

Oxşar xəbərlər