Siyasət
14-10-2022, 14:23
162
“Müharibədə iştirak edənlərdən cəmi 1 %-i narazı olsa, bu 1000 insan edir”
“Şəhid ailələri üçün qanunda 20-yə yaxın imtiyaz nəzərdə tutulub və onlar həyata keçirilir”.
ÖNDERTV.ORG xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Əmək və əhalinin sosial komitəsinin sədri Musa Quliyev deyib.
Komitə sədri bildirib ki, 2024-cü ilin sonuna qədər şəhid və qazi ailələri evlə təmin olunacaq.
O, eyni zamanda həmkarlarını şəhid ailələrinin problemləri barədə danışarkən həssas olmağa çağırıb: “Şəhidərin ailələri və qazilərin problemlərindən danışanda dövlətin gördüyü işlərə də toxunaq. Vətən müharibəsi ölkəmizin qələbəsi ilə bitib. Müharibədə 100 minə yaxın şəxs iştirak edib. Onlardan cəmi 1 %-i narazı olarsa, bu 1000 nəfər insan edir. Bütün dünya təcrübəsində də belədir ki, müharibədən sonrakı 5-10 il ərzində həmin ölkədə post-müharibə sindromu yaşanır. Ona görə də xahiş edirəm ki, bu məsələlərlə bağlı çıxışlara həssas yanaşaq. Dinləmələrin keçirilməsi təklif edildi, mən bildirirəm ki, öz təkliflərinizi, fikirlərinizi yazılı şəkildə təqdim edin”.
Eldar Tanrıverdi
ÖNDERTV.ORG