Əli Əsədov İranın Birinci vitse-prezidenti ilə görüşdü
6-10-2022, 18:30
89

Əli Əsədov İranın Birinci vitse-prezidenti ilə görüşdü


Azərbaycanın Baş naziri Əli Əsədov oktyabrın 6-da Rusiyaya işgüzar səfəri çərçivəsində Moskvada İranın Birinci vitse-prezidenti Məhəmməd Mohberlə görüşüb.

ÖNDERTV.ORG xəbər verir ki, görüşdə Azərbaycan-İran ikitərəfli münasibətlərinin siyasi, iqtisadi, enerji, nəqliyyat, humanitar və digər sahələrdə inkişaf etdirilməsi ilə bağlı məsələlər müzakirə olunub.
“Həmçinin ikitərəfli gündəliyə aid olan məsələlər, o cümlədən Azərbaycan ilə İran arasında nəqliyyat-kommunikasiya xətlərinin inkişafı və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb”, - deyə məlumatda bildirilir. 

ÖNDERTV.ORG   

Oxşar xəbərlər