Hikmət Hacıyev Azərbaycan-Ermənistan münasibətlərini Karen Donfridlə müzakirə etdi - Fotolar
26-09-2022, 19:56
105

Hikmət Hacıyev Azərbaycan-Ermənistan münasibətlərini Karen Donfridlə müzakirə etdi - Fotolar

Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesinin hazırki vəziyyəti, sülh müqaviləsi, sərhədlərin delimitasiyası ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfridlə müzakirə olunub.
ÖNDERTV.ORG  xəbər verir ki, bu barədə Azərbaycan Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev şəxsi tviter hesabında yazıb.
“H.Hacıyev və K.Donfried arasında keçirilmiş görüşdə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesinin hazırki vəziyyəti, sülh müqaviləsi, sərhədlərin delimitasiyası və nəqliyyat məsələləri, o cümlədən Azərbaycan-ABŞ ikitərəfli strateji əlaqələrinin inkişaf perspektivləri müzakirə olundu”, - deyə məlumatda bildirilir.


ÖNDERTV.ORG       


Oxşar xəbərlər