“İran təcili siyasi tədbirlər görüb”
19-09-2022, 14:53
139

“İran təcili siyasi tədbirlər görüb”

“İran Ermənistan və Azərbaycan arasında problemlərin həllinə töhfə vermək üçün səylərini davam etdirir”.
ÖNDERTV.ORG xəbər verir ki, bunu İran XİN-in rəsmi nümayəndəsi Naser Kanani deyib. 
Onun sözlərinə görə, İranın Cənubi Qafqazda baş verən hadisələrə dair açıq və dəqiq mövqeyi müxtəlif səviyyələrdə rəsmi olaraq ifadə olunub və bu mövqedə heç bir ikimənalılıq yoxdur. 
“İran regional böhranları həll etməyə konstruktiv şəkildə kömək etməyə çalışır. Ölkəmiz təcili siyasi tədbirlər görüb”, - deyə Kananı qeyd edib. 
O, həmçinin bildirib ki, İran tərəfləri dinc danışıqlara qaytarmaq məqsədilə fəal diplomatik səylər görüb.




ÖNDERTV.ORG       

Oxşar xəbərlər