“İranın nüvə silahı yaratmaq üçün texniki imkanları var” - Rəisinin müavini
1-08-2022, 14:05
93

“İranın nüvə silahı yaratmaq üçün texniki imkanları var” - Rəisinin müavini

“Tehranın nüvə silahı yaratmaq üçün texniki imkanları var, lakin bu məsələ hakimiyyətin gündəliyində durmur”.

Öndərtv.org” “Fars” agentliyinə istinadən xəbər verir ki, bu barədə İranın Atom Enerjisi Təşkilatının rəhbəri, ölkə prezidenti İbrahim Rəisinin müavini Məhəmməd İslami bildirib.
O qeyd edib ki, Tehranın nüvə silahı yaratmaq niyyətində olması ilə bağlı ittihamların heç bir əsası yoxdur. “Bu yalan ittihamlar ictimai fikri aldatmaq üçün anti-inqilab qüvvələrinin dəstəyi ilə İsrail tərəfindən irəli sürülür”, - deyə o bəyan edib.
İslaminin sözlərinə görə, İranla Beynəlxalq Atom Enerjisi Agentliyi arasında konstruktiv əməkdaşlıq qurulub və bu əməkdaşlıq fasiləsiz davam edir.

Oxşar xəbərlər