"Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan bütün Cənubi Qafqazda firavanlığı və təhlükəsizliyi təmin edir"
23-12-2022, 23:31
99

"Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan bütün Cənubi Qafqazda firavanlığı və təhlükəsizliyi təmin edir"

ÖNDERTV.ORG

Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında öz torpaqlarını işğaldan azad etdi və bununla da bütün Cənubi Qafqaz regionunun firavan və təhlükəsiz gələcəyinə yol açdı.
Bu barədə ISESCO-nun sabiq baş direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Əbdüləziz bin Osman əl-Tüveycri deyib.
"Prezident İlham Əliyev dünyada sülh və əmin-amanlığın bərqərar olması üçün durmadan çalışan dünyanın ən hörmətli liderlərindən biridir. Azərbaycanın işğal olunmuş torpaqları azad edildikdən sonra Prezident İlham Əliyevin çağırdığı və çağırmaqda davam etdiyi regionda sülhün və firavanlığın bərqərar olması şansı yarandı. Qarabağda və Şərqi Zəngəzurda irimiqyaslı layihələrin həyata keçirilməsi bu regionun çiçəklənməsinə gətirib çıxaracaq və qonşu dövlətlərə də fayda verəcək", - deyə o bildirib.
Onun sözlərinə görə, bir növ qlobal kəndə çevrilmiş, hər bir hissəsi ayrı-ayrılıqda yaşaya bilməyən dünyada yalnız müdrik rəhbərlik konstruktiv ideyalar və təşəbbüslər gətirə bilər ki, bunu da Prezident İlham Əliyev edir.
Azərbaycan, o cümlədən Avropanı enerji resursları ilə təmin etmək baxımından, rasional siyasət aparır. Azərbaycanın bu siyasəti ölkədə səmərəli və müdrik rəhbərliyin mövcudluğundan xəbər verir", - deyə əl-Tüveycri bildirib.
O, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin müasir dünyada nadir hallarda rast gəlinən Prezident İlham Əliyevin daimi böyük dəstəyi sayəsində yüksək nüfuz və uğurlar qazandığını da diqqətə çatdırıb.
"Mən bunun şahidi olan Mərkəzin çoxsaylı üzvlərindən biriyəm. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Azərbaycanın dünyada müsbət imicini əks etdirən, mədəniyyətimizin humanist, sülhsevər və bütün mədəniyyətlərə və dinlərə açıq olduğunu göstərən, dünyada bütün insanlar arasında dialoq və yaxınlaşmanı təşviq edən "yumşaq güc"dür", - deyə o əlavə edib.

ÖNDERTV.ORG

Oxşar xəbərlər